Nikol Paşinyan: “20 min əsgərimiz mühasirəyə düşəcəkdi”

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan əhalisinə müraciət edərək Qarabağla bağlı razılaşmanın imzalanmasının səbəblərinə aydınlıq gətirib.
Onun sözlərinə görə, Ermənistan və onun xalqı çox çətin günləri yaşayır, insanların qəlbində kədər, gözlərində yaş var.
“27 sentyabrda başlayan müharibə ictimai xəyal qırıqlığına səbəb olan bir sənədin imzalanması ilə yekunlaşdı. Bəs bu zərərli sənəd niyə imzalanıb? Bu, Silahlı Qüvvələrin Baş Qərargahının Müdafiə Nazirliyinin müharibənin təcili olaraq dayandırılması lazım olduğunu və Xankəndi bir neçə saat ərzində itirə biləcəyimizi söyləməsindən sonra baş verdi”, deyə N.Paşinyan qeyd edib.
“Əslində Xankəndinin itirilməsi Əsgəran və Ağdərənin itirilməsinə səbəb olardı. Bu şəhərləri müdafiə etmək üçün kifayət qədər döyüşə hazır qüvvəmiz yox idi. Bu şəhərlərin itirilməsi ilə 20 mindən çox əsgər və zabitimizin mühasirəyə düşəcəkdi, ölmək və ya əsir düşmək ehtimalı vardı. Kəlbəcər və Laçının süqutu qaçılmaz idi”, deyə N.Paşinyan etiraf edib.
Ermənistanın Baş naziri bildirib ki, məhz bu səbəblərdən irəli gələrək sözügedən müqaviləni imzalamaq məcburiyyətində qalıb.
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












