Niyə Azərbaycanda saytlar birdən-birə çökdü?

Məlum olduğu kimi, bu gün bir neçə saatlıq yerli saytların işində problemlər yaranıb.
Avtosfer.az xəbər verir ki, bu sözləri tanınmış İT mütəxəssisi Fərid Pərdəşünas öz sosial media hesabında saytların birdən-birə çökməsinin səbəblərini aydınlaşdırıb:
“Problem qlobal xarakterlidir. “Cloudflare” servisini istifadə edən saytlar trafiki bu platforma üzərindən yönləndirdiyi üçün çökmələr baş verib”.
Onun sözlərinə görə, bu platforma beynəlxalq miqyasda etibarlı, güclü, DDOS hücumlarına qarşı qoruma təklif edən, “content delivery network” və DNS təminatçısı kimi tanınır:
“Bu çöküşdən əsasən saytlarını DDOS hücumlarından qorumaq və sürət, təhlükəsizlik qazanmaq üçün “Cloudflare” istifadə edən resurslar təsirlənib.
Dövlət saytları (gov .az) təsirlənmədi. Çünki bu domen zonasında yerləşən kritik informasiya sistemləri lokal qoruma mexanizmlərindən istifadə edir və trafiki xaricə ötürmədikləri üçün bu tip qlobal nasazlıqlardan təsirlənmirlər.
“Cloudflare” ona görə çökdü ki, servisində “gözlənilməz trafik artımı” qeydə alınıb. Şirkət bunu “spike in unusual traffic” — yəni anormal trafik sıçrayışı kimi təsvir edib. Bu, şəbəkə daxilində yükün balanssızlaşmasına və trafikdə genişmiqyaslı xətalara səbəb olub.
“Cloudflare” qlobal internet infrastrukturunda əsas rollardan birini oynayır və internet trafikinin təxminən 20 %-i onun üzərindən keçir. Buna görə də yaranan nasazlıq dünyanın bir çox saytında eyni anda problemə gətirib çıxarıb”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












