Nizami rayonunda ağacların kəsilərək tikinti aparılmasının qarşısı alınıb - FOTO

Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev 31 ünvanında yaşayan sakinlər binanın həyətindəki ağacların kəsilmə təhlükəsindən narahatdır.
Ərazidəki ağacların kəsilərək yerində tikinti işi aparılması üçün işlər görülür. Artıq sözügedən ünvana tikinti üçün materiallar da gətirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cavab olaraq bildirilib ki, Bəhruz Nuriyev küçəsi 31 ünvanında yaşıllıq ərazidə tikinti işlərinin aparılacağı və oradakı ağacların kəsilmə təhlükəsinin olması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı yaşıllıq əraziyə mişar daşının tökülməsi faktı qeydə alınıb: "Ərazidə 14 müxtəlifcinsli ağacın olduğu müəyyən edilib. Ağaclar tərəfimizdən qeydiyyata alınaraq nəzarətə götürülüb. Hazırda torpaq sahəsinin mənsubiyyəti və kimin mülkiyyətinə verilməsi istiqamətində araşdırmalar aparılır".
Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov da “Report”a bildirib ki, ağacların kəsilməsi təhlükəsi ilə bağlı ərazidə yaşayan sakinlərdən müraciət daxil olub:
“Məsələni öyrənən kimi dərhal müdaxilə etdik və tikilinin qanunsuz olduğu ortaya çıxdı. Özünü idmançı kimi təqdim edən şəxs ağacları kəsdirib yerində tikinti aparmaq istəyirdi. Lakin operativ müdaxiləmiz nəticəsində iş dayandırıldı. Hazırda tikinti materialları ərazidən götürülür”. // Report



Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












