Nobel prospektində qəza: 3 maşın toqquşub

Bakının Nobel prospektində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza zamanı 3 maşın toqquşub. Prospektlə hərəkət edən və Ceyhun Hüseynovun idarə etdiyi "Prado" markalı avtomaşın qarşıda hərəkət edən Mehman İsmayılovun idarə etdiyi "Camry"ə və Şahin Babayevin idarə etdiyi "Mercedes"ə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Xətai Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, "Prado"nu idarə edən Ceyhun Hüseynov qarşısında qəfil manevr edən bir başqa maşına vurmamaq istəyib. Lakin bu zaman o avtomobili qəfil sağa çəkən zaman öz hərəkət zolağı ilə gedən digər iki avtomobillə toqquşub.
Qəza nəticəsində prospektdə sıxlıq yaranıb. Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Sürücülər isə yol polisi şöbəsinə dəvət olunub.
Qəzanın səbəbi müşahidə kameralarına baxıldıqdan sonra müəyyən olunacaq.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO



















