Nyu-Yorkda Şuşanın azad edilməsi münasibətilə avtoyürüş keçirildi - FOTO

ABŞ-ın Nyu-York şəhərində Şuşanın işğaldan azad edilməsi münasibətilə avtomobil yürüşü təşkil edilib.
“Report” xəbər verir ki, yüzlərlə həmvətənimiz Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillərlə Bruklindən yola düşüblər. Onlar ermənilərin sıx məskunlaşdığı ərazilərdə dayanıblar.
Nyu-Yorkun mərkəzi küçə və meydanlarında dövrə vuran həmvətənlərimiz ABŞ ictimaiyyətinin diqqətini çəkib. Onlar bayraqlarla və Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobillərin foto və videolarını çəkməklə yanaşı, aksiya iştirakçılarına yaxınlaşaraq məlumatlar alıblar.
Üzərində “Qarşıla bizi, Şuşa!”, “28 ilin həsrət adamları gəlir”, “Şuşa şəhəri işğaldan azad edildi - Prezident İlham Əliyev”, eyni zamanda Şuşa şəhəri haqqında ingilis dilində məlumatların əks olunduğu rəqəmsal plakatların olduğu xüsusi maşın yürüş ərzində avtomobil karvanını önündə hərəkət edib.
ABŞ polisi yürüş ərzində avtomobil karvanını müşayiət edib. Yürüşün sonunda həmvətənlərimiz mərkəzi meydanlardan birində dayanıblar. Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna təşəkkürlərini dilə gətirən Azərbaycan icmasının aktivləri sonda musiqi sədaları ilə rəqs ediblər.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT











