“Obyekt sahibi mənim salonuma əlavə xətt qoşub, 3 min ziyana düşmüşəm” - FOTO

Xətai rayonu, General Əliağa Şıxlınski küçəsi 49 ünvanında yerləşən “Sevinc” gözəllik salonunun sahibi Sevinc Məmmədova obyektin elektrik sayğacına onun razılığı olmadan əlavə xətt qoşulduğunu iddia edir. Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirir ki, xətti qoşan icarəyə götürdüyü obyektin sahibi Natik Məmmədovdur.
Şikayətçinin sözlərinə görə, salonun işığı söndürülmüş vəziyyətdə olsa belə, sayğacda 10 amper güc qeydə alınır və nəticədə faktiki istifadə etmədiyi elektrik enerjisinə görə 3 il ərzində ödəniş edib. Onun hesablamalarına əsasən, dəyən maddi zərərin məbləği 2500–3000 manat civarındadır.
Salonu gün ərzində cəmi 2–4 saat işlətdiyini deyən Sevinc xanım bildirir ki, əvvəllər aylıq elektrik xərci cəmi 60–100 manat olub: “2022-ci ilin yayında obyektə daxil oldum. Məkanı icarəyə götürdükdən sonra təmir edib içərini avadanlıqlarla təmin etdim. Obyektin sahibi öncədən mənə bildirmişdi ki, sayğac tək mənə məxsusdur. Qəbzdə yazılan məbləğləri sahibkarın istəyi ilə onun kartına atırdım. İlk aylar məbləğin normal olmasına baxmayaraq, növbəti aylarda artmağa başladı. Belə ki, öncə səkkiz, on, on iki manat, daha sonra isə bu məbləğlərdən on, iyirmi AZN daha çox oldu. Obyektin sahibi Natik Məmmədov maşınını keçən yay aldığı halda mənə 2 ay öncə dedi ki, avtomobilini həmin sayğacdan şarj edir, öhdəliyinə düşən məbləği ödəyəcək. Bu şəkildə davam etməsini istəmədiyimi, sayğacları ayırmasını tələb etdim. O isə razılaşmadı və çıxmağımı söylədi. Halbuki müqaviləmin vaxtı apreldə bitir”.
İttihamlarla əlaqədar obyektin sahibi Natik Məmmədovla əlaqə saxladıq. O, iddialara cavab olaraq bildirdi ki, S.Məmmədova obyektdən istifadə etdiyi dövr ərzində cəmi yuvarlaq olaraq 1600 AZN işıq pulu ödəyib: “Bunun üçün lazım olan hər bir qəbz və “Azərişığ”ın verdiyi akt əlimizdədir. Sevinc xanımın etdiyi bu iddiaları açığı heç kim başa düşmür, ya Sevinc xanım özü heç nəyi anlamır, ya da qəsdlə bu iddiaları qaldırıb. Ümumi olaraq obyekt 3 ayrı-ayrı obyekt kimi fəaliyyət göstərir və hər birində kontrol sayğaclar quraşdırılıb. Təbii ki, hər birinin öz göstəricisi var. Dəfələrlə “Azərişıq” əməkdaşları da yoxlamaya gəlib və Sevinc xanım heç kimin fikrinə və araşdırmasına məhəl qoymur. Bizi polisə də verib və iş artıq məhkəməyə gedib. Əminəm ki, məhkəmə də haqqı bizim tərəfdə görəcək. Xanım özünü pis vəziyyətə qoymaqdan başqa təəssüf ki, heç bir nailiyyət əldə edə bilməyəcək”.


Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












