Obyekt sahiblərinin avtobus zolağı problemi - AÇIQLAMA

Artıq Bakıda yollarının bir çox hissəsində avtobus zolaqları çəkilib. Bunun ictimai nəqliyyatdan istifadə edənlər üçün, yəni onların mənzil başına tez getmələri üçün faydası olsa da, ancaq həmin yol kənarlarındakı iaşə və ticarət obyektləri üçün mənfi təsirləri var. Belə ki, avtobus zolağına digər avtomobillərin daxil olması, orada maşın saxlamaq qadağandır və bunu edənlər cərimələnirlər. Bu səbəbdən də zolağın kənarındakı obyekt sahibləri xeyli müştəri itiriblər.
Bəs hansı işlər görülməldir ki, nə şiş yansın, nə kabab?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan danışan nəqliyyat eksperti Yasin Mustafayev öncə bildirdi ki, Bakıda avtobus zolaqlarının yanında avtomobilləri saxlamaq üçün də əlavə zolaqların çəkilməsi hələ mümkünsüz görünür:
"Şəhər oturuşmuş şəhərdir, binalar tikilib, küçələr, prospektlər çəkilib. Onları genişləndirmək, əlavə zolaq çəkmək çətin məsələdir. Bu sıxlığın, tıxacının qarşısını almaqdan ötrü də yeganə çıxış yolu ictimai nəqliyyatın işini optimallaşdırmaqdır, onlara zolaqlarını ayırmaqdır. Bunun üçün də bu işlər həyata keçirilir. Təəssüflər olsun ki, bəzi yerlərdə belə hadisələrlə rastlaşırıq. Bəli, mağazaların, digər iaşə obyektlərinin qarşısı kəsilir. Hər halda vətəndaşlar da bunu başa düşməlidir ki, bu, ümumi şəhərin ab-havasına, nəqliyyat sferasına müsbət təsir edən amildir".

Ekspertin sözlərinə görə, sahibkarların işini asanlaşdırmaq üçün alternativ həllər tapmaq lazımdır.
"Təbii ki, vətəndaşı da başa düşmək lazımdır ki, işi axsamasın. O yerlərdə əlavə zolaq çəkilməsi mümkündürsə, çəkilsin. Vətəndaşın giriş çıxışına başqa bir istiqamətdə yol fikirləşmək lazımdır. Burada vətəndaş da haqlıdır. Bunun üçün individual olaraq yerində baxıb araşdırmaq lazımdır. Yəni demək olmaz ki, zolaq çəkilməsin və yaxud da olmaz ki, vətəndaşın obyektin önü bağlansın. Ona görə hər bir obyekt üçün diqqətlə araşdırıb, heç kimin işinə xələl gəlmədən, heç bir işi axsatmadan həll etmək lazımdır", - deyə Yasin Mustafayev bildirdi.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










