Ödəniş tarixi qeyri-iş günlərinə düşən kreditlər nə zaman ödənilməlidir? - VİDEO

Bəzən vətəndaşların kredit ödəniş müddətinin sonuncu günü qeyri-iş günlərinə təsadüf edir. Bu zaman bəzi banklar ödənişi öncədən tələb edirlər.
Bir gün gecikmə ilə müştərilərini “qara siyahı”ya ala bilən bəzi təşkilatların istirahət və bayram günləri ödənməli olan pulu əvvəlki iş günündə tələb etməsi nə dərəcədə düzgündür?
Paytaxt sakinləri arasında belə halla qarşılaşanlar heç də az deyil.
Vəkillər Kollegiyasının üzvü Anar Ramazanovun sözlərinə görə, banklar bir qayda olaraq, vətəndaşlara kredit və digər borc vəsaitlərini cəlb edilmiş vəsait hesabına verir. Kredit və müqavilə münasibətlərində yaranan bütün öhdəliklər isə müəyyən bir müddətlə bağlıdır.
Vəkil deyir ki, kreditin son ödəniş tarixi şənbə-bazara, həmçinin rəsmi bayram və ya qeyri-iş günü elan edilmiş günlərə təsadüf edərsə, bu zaman öhdəlik qeyri-iş günündən sonra gələn növbəti ilk iş günü ərzində ödənilməlidir.
Mövzu ilə bağlı Azərbaycan Banklar Assosiasiyasından da bildirildi ki, məsələ qanunvericiliklə tənzimlənir. Belə ki, Mülki Məcəllənin 370-ci maddəsi imperativ tələbdir və qeyri-iş gününə düşən ödənişlərə növbəti iş gününədək gecikmə və ya cərimə hesablanmamalıdır.
Daha ətraflı videomaterialda:
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












