Ödənişli yolların tətbiqi yol infrastrukturunun dayanıqlılığının saxlanılmasına töhfə verir - AÇIQLAMA

Bir neçə ildir dünyada geniş yayılan ödənişli yollardan istifadə olunması praktikasının tətbiqinə Azərbaycanda da başlanılıb. İlk belə layihə Bakı-Quba-Rusiya avtomobil yolunda start verilib. Avtosfer.az-ın "AZƏRTAC"a istinadən məlumatına görə, bu barədə nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, ödənişli yol təcrübəsi ciddi alternativ yaradır.
Onun sözlərinə görə, ərazisindən beynəlxalq nəqliyyat dəhlizi keçən ölkələrdə pulsuz yolla yanaşı, ödənişli əsaslarla sürətli yolların olması sənədlərdə tələb kimi qoyulur.
“Azərbaycanda da bu təcrübə tətbiq olunur. Düşünürəm ki, nəqliyyat dəhlizləri boyu ödənişsiz yol varsa ödənişli yollardan istifadə ediləcək. Bu da sürətli logistikanı, mobilliyi tətbiq etməklə yanaşı, həmçinin yol infrastrukturunun dayanıqlılığının saxlanılmasına töhfə verir. Bölgəmizdə artıq bu nümunələr mövcuddur. Mərkəzi Asiya ölkələrində, Rusiyada, Türkiyədə bu təcrübə ilə qarşılaşırıq”, - deyə ekspert bildirib.
R.Ağamirzəyev əlavə edib ki, ödənişli yolunun tətbiqi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verir, respublikanın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına şərait yaradır.
Qeyd edək ki, H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən 150 kilometrlik Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib. Ödənişli avtomobil yolu I b texniki dərəcəlidir və hərəkət zolaqlarının sayı 4-dür. Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc nöqtəsi və son nöqtəsi, həmçinin digər avtomobil yolları ilə 4 kəsişmə və birləşmələri mövcuddur. Alternativ ödənişsiz avtomobil yolunun uzunluğu 142 km-dir və yolun 80 kilometri I dərəcəli, 62 kilometri isə II dərəcəlidir. Müvafiq olaraq yol 4 və 2 hərəkət zolaqlıdır.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










