Oğlan intihar məqsədi ilə özünü qatarın altına atdı

Metronun “28 May” stansiyasında faciə baş verib. “Qafqazinfo”ya hadisə şahidlərinin verdiyi məlumata görə, 18-20 yaşında bir oğlan qatar reysinin üstünə düşüb. Hazırda stansiyada qatarların hərəkəti dayandırılıb. Lent.az-ın məlumatına görə, Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı qafqazinfo.az-a faktı təsdiqləyib. Bildirib ki, hazırda stansiyada qatarın hərəkəti dayandırılıb: "Amma hadisənin təfərrüartlarını bilmirəm. Hazırda hadisə yerinə gedirəm. Onun qəsdənmi özünü atdığı, yoxsa ehtiyatsızlıqdan düşdüyü barədə məlumatım yoxdur”.
Hadisə şahidləri bildirib ki, oğlan intihar məqsədi ilə özünü qatarın altına atıb.
ATV.az saytı bildirir ki, intihardan bir neçə dəqiqə əvvəl oğlan gənc qızla platformada mübahisə edib. Sonra isə özünü gələn qatarın altına atıb.
Özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib. Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. Hazırda fakt üzrə araşdırma aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar













