Oğurlanan telefonlar uzaqdan blok ediləcək

Google və Microsoft şirkətləri Android və Windows Phone mobil əməliyyat sistemlərinə itirilmiş və ya oğurlanmış qurğunun işini uzaq məsafədən bloklamağa imkan verən kill switch (ölüm düyməsi) funksiyasını əlavə edəcək. Bu barədə Nyu-York ştatının baş prokuroru Erik Şneydermana istinadən Bloomberg agentliyi məlumat verib. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, son ildə müxtəlif ölkələrin hökumətləri dəfələrlə smartfon istehsalçılarını və mobil rabitə operatorlarını mobil elektronikanı uzaq məsafədən telefondakı şəxsi məlumatları silməyə və onun işini dayandırmağa imkan verən mexanizmlərlə təchiz etməyə çağırıb. Bunda məqsəd istifadəçilərin mobil qurğunun itirilməsi və ya oğurlanması halında öz məlumatlarını mühafizə edə bilməsindədir. Lookout şirkətinin məlumatına görə, hər onuncu smartfon sahibi cinayətkarların qurbanı olur. Təkcə ötən il 3,1 milyon amerikalının mobil telefonu zorla əlindən alınıb. ABŞ Federal Rabitə Komissiyasının məlumatına görə, iri şəhərlərdə oğurluq hallarının 30 faizi mobili telefon oğurluğu ilə bağlıdır. Kreyton Universitetinin statistika kafedrasının professoru Uilyam Dakvortun qiymətləndirməsinə görə, amerikalıların telefonlarında quraşdırılan kill switch funksiyası onlara ildə 2,6 milyard dollara qənaət etməyə imkan verəcək. Bura sığorta xərcləri və itirilmiş və ya oğurlanmış telefonlar əvəzinə, yeni qurğuların alınması daxildir. iPhone smartfonu 2013-cü ildə kill switch funksiyası ilə təchiz edilməyə başlayandan sonra cari ilin ilk beş ayında Nyu-Yorkda Apple məhsullarının oğurlanması 19 faiz azalıb. San-Fransisko və Londonda analoji göstəricilər müvafiq olaraq 38 və 24 faiz aşağı düşüb. Bu rəqəmlər ölüm düyməsinin işinin yüksək effektivliyini göstərdiyindən Android və Windows sistemlərində bu mexanizmlərin tətbiqi istehlakçıların təhlükəsizliyi üçün irəliyə doğru addımlar atmağa imkan verəcək.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












