Ölkədə nə bahalaşıb, nə ucuzlaşıb? - FOTO

2020-ci ilin noyabr ayında ölkədə daha çox bahalaşan məhsul və xidmətlər açıqlanıb.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 101,2 faiz təşkil edib. Qeyri-ərzaq məhsulları əvvəlki aya nisbətən 0,1 faiz, 2019-cu ilin noyabr ayına nisbətən 1,2 faiz bahalaşıb.
Noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox makaron məmulatlarının, toyuq ətinin, pasterizə olunmamış üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, soğanın, sarımsağın, şəkər tozunun, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, şabalıdın, kələmin, balqabağın, yerkökünün qiymətlərində bahalaşma müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 101,1 faiz təşkil edib. Ötən aya nisbətən xidmətlərin dəyəri 0,9 faiz, 2019-cu ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artıb.
Noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, bərbərxana və kosmetoloji xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











