Ölkədə nə ucuzlaşıb, nə bahalaşıb? - FOTO

Azərbaycanda 2020-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,8 faiz təşkil edib. Ümumilikdə isə 2020-ci ildə istehlak qiymətləri indeksi əvvəlki illə müqayisədə 102,8 faiz olub.
Oxu.Az-ın Dövlət Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin dekabr ayında Azərbaycanda istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri əvvəlki ayla müqayisədə 0,8 faiz artıb. Ümumilikdə isə 2019-cu illə müqayisədə 2,8 faiz qiymət artımı müşahidə olunub.
2020-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 101,8 faiz, əvvəlki ilin (2019) eyni dövrü ilə müqayisədə isə 105 faiz təşkil edib.
2020-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,1 faiz (qiymətlər 0,1 faiz artıb), 2020-ci ildə əvvəlki illə müqayisədə isə 101,3 (qiymətlər 1,3 faiz artıb) faiz təşkil edib.
Ötən ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100 faiz (qiymətlər sabit qalıb), 2020-ci ildə əvvəlki illə müqayisədə isə 101 faiz (qiymətlər 0,1 faiz artıb) olub.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












