Xəsarət alanlardan Quliyeva Ofeliya və adı hələ ki, məlum olmayan daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Qəza zamanı 3 nəfərin ayağı kəsilib. Birinin hər iki ayağı, digər ikisinin isə hərəsinin bir ayağı kəsilib.
Sürücü Ağakişiyev Baloğlan Güloğlan oğlu da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı deyilir.
Müstəntiq Cəsarət Bayramov hadisənin yüksək sürət və sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyini deyir.
Xəsarət alan şəxslərdən adı açıqlananlar:
1. Baloğlan Ağakişiyev-1988-ci il təvəllüdlü
2. Rövşən Cavadov-1988-ci il təvəllüdlü
3. Rəşad Əhmədov
4. Əsməd Məhəmmədova
5. İbadət Allahverdiyeva Faiq qızı
6. Ofelya Məmmədova Məhəmməd
7. Asif Paşabəyov
8.Qarayev Elçin Xoşbəxt oğlu
Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində üç nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hazırda ölən və yaralananların kimliyinin müəyyən edilməsi istiqamətində işlər aparılır.


















