Ombudsmanın çağrı mərkəzinə ən çox hansı qurumlardan şikayət daxil olub? - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) "916" çağrı mərkəzinə 2025-ci ilin yanvar, fevral və mart ayları üzrə ümumilikdə 2 468 zəng daxil olub.
Avtosfer.az-ın məlumatına görə, cari müddət ərzində çağrı mərkəzinə edilən müraciətlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (526), Daxili İşlər Nazirliyi (487) və Ədliyyə Nazirliyinin (329) səlahiyyətlərinə aid olan məsələlərdir.
Siyahıya yerli icra hakimiyyəti orqanları (108), Elm və Təhsil Nazirliyi (105) və diaqram üzrə təqdim olunan digər dövlət qurumları daxildir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müraciətlərin əsas mövzuları ünvanlı dövlət sosial yardımının verilməsi, əlilliyin müəyyən edilməsi, məşğulluq, əmək mübahisələri, pensiya məsələləri və müavinətlərlə bağlı olub.
Daxili İşlər Nazirliyi üzrə müraciətlərin əsas mövzuları həmin orqan tərəfindən ehtimal olunan qeyri-obyektiv təhqiqat və istintaq araşdırmaları, dövlət yol polisinin fəaliyyəti və digər məsələlər, Ədliyyə Nazirliyi üzrə müraciətlərin əsas mövzuları isə məhkəmə qərarının icra olunmaması, qanunsuz saxlama ehtimalı, başçəkmə, müəssisələrdə görüş hüququ, saxlanma şəraiti, aliment və digər məsələlər olub.
Uşaq zorakılığı, cinsi zorakılıq, məişət zorakılığı, evlərin qanunsuz sökülməsi, bank-kredit məsələləri, ayrı-seçkilik ehtimalı, qəzalı vəziyyətdə ev və ya mənzil, korrupsiya ehtimalı ilə bağlı müraciətlər də statistikaya daxil edilib.
Cari müddətdə, həmçinin əfv məsələləri, qəyyumluq, himayə məsələləri, məhkəmə qərarının verilməməsi, aqrar məsələlər kimi mövzular üzrə də müraciətlər qeydə alınıb.
Çağrı mərkəzinə daxil olmuş zənglərin aylar, müvafiq vaxtlar, əhali qrupları, məzmun və qurumlar üzrə rüblük statistikasını ətraflı şəkildə təqdim edirik:
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”

















