Ömürlük həbsdən azad edilən Şəmsi niyə gündəmdən düşmür? - Dələduz, oğru...

Azərbaycanlı iş adamı Şəmsi Səmədzadənin oğlu ilə birlikdə Gürcüstanda həbs edilməsi onu yenidən gündəmə gətirib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə oğurluqda ittiham edilən keçmiş ömürlük məhbusun ailəsi də onun qonşu ölkədə tutulmasını təsdiq edib. Maraqlıdır ki, 2022-ci ildə Prezidentin sərəncamı ilə əfv edilən Şəmsi Səmədzadə azadlıqda olduğu 3 ildən artıq müddətdə artıq 2-ci dəfədir ki, xarici ölkədə cinayətdə şübhəli bilinir. Belə ki, 2024-cü ilin dekabrında onun Özbəkistanda dələduzluq əməlinə görə tutulması barədə də məlumatlar yayılmışdı.
Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək ömürlük cəzaya məhkum edilib. Cəmiyyətdə o qədər də tanınmayan bu şəxsi təxminən 10 il əvvəl ilk olaraq jurnalist Mübariz Əsgərov üzə çıxardı. Onun müəllifi olduğu “Rezonans” verilişinin bir buraxılışı Şəmsi Səmədzadəyə həsr edilmişdi və cəmiyyətdə böyük marağa səbəb olmuşdu.
.jpg)
Yerli mediada Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb. O, verilişdə öz hekayəsini də danışıb: “Mən həbs olunanda özümün 34, böyük oğlumun 12, qızımın 7, kiçik oğlumun 4 yaşı var idi. Təəssüf ki, lazım olmayan zamanda lazım olmayan yerdə olduğum üçün buradayam. Ən böyük peşmanlığım odur ki, həmin məclisə getməməyi anam məndən tələb elədi. Atamı 23 yaşında itirdim. Tez bir zamanda müəyyən mövqeyə gəldim, amma özümü orada qoruya bilmədim.
12 il heç kimə icazə vermədim həbsxanaya gəlsinlər. Kaş qohumlarım kimi şəhid olaydım, anam bununla qürur duyardı, nəinki burada olmağımla”.
Bu sözlər və özünəməxsus ifadə tərzi insanlarda həbsdəki iş adamına sanki hörmət hissi yaratmış və ona böyük maraq formalaşmışdı.

Bəs necə oldu ki, 22 illik həbsdən çıxan Şəmsi Səmədzadə azadlıqdakı qısa müddətdə ardıcıl cinayətlərə bulaşdı. Həmçinin onun qeyri-etik görüntüləri internetdə yayıldı?
Mütəxəssislər bildirirlər ki, uzun müddət həbsdə olmuş şəxsin azadlığa çıxması ilə onun cəmiyyətə adaptasiya olunması çox çətindir və bu, xeyli vaxt ala bilər.
Belə ki, Şəmsi Səmədzadənin həbs olunduğu illərdə Azərbaycanda internet demək olar ki, yox idi. O, azadlığa çıxanda isə necə deyərlər, internetin hər şey olduğu bir cəmiyyətə düşdü.
İkincisi isə yazılmış və yazılmamış qanunlardır. Şəmsi Səmədzadənin bərk getdiyi 90-cı illərdəki şəraitlə, qanunlarla, şərtlərlə indiki arasında böyük uçurum var və bu reallığı dərk etmədən “Don Kixot” kimi döyüş meydanına atılan Şəmsi Səmədzadə və digər Səmədzadələr qısa vaxtda biabır olmağa məhkumdur.
Nəticə olaraq, Səmədzadə biznes ehtirasına və tezliklə varlanmaq iştahasına hakim olmalıdır. Əks halda, dəmir barmaqlıqlar onun yolunu gözləyir.
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR








