On manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan VACİB AÇIQLAMA

Mərkəzi Bank ödəniş terminallarının 10 manatlıq əskinasları qəbul etməməsinə aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, “Yeni Sabah”ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, “Mərkəzi Bankı haqqında” qanunun 36.3-cü maddəsinə əsasən, Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində nominal dəyəri ilə hər növ ödənişlər zamanı hökmən qəbul edilməlidir.
Qeyd olunub ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası” Qaydalarına əsasən, banklar tərəfindən istismar olunan nağd pul avadanlıqları – o cümlədən pulsayan, emal edən və qəbul edən (cash-in) avtomatlaşdırılmış qurğular həqiqi milli pul nişanlarını tanımalı, saxta pul nişanlarını isə qəbul etməməlidir.

Mərkəzi Bankdan vurğulanıb ki, kağız milli pul nişanlarının ödəniş terminalları vasitəsilə qəbul olunmaması iki halda mümkün ola bilər:
“Pul nişanı kağız keyfiyyətini itirdikdə, üzərində çirk, ləkə, yapışqan lent və digər yararsızlıq əlamətləri olduqda, yaxud qaydaların tələblərinə uyğun gəlmədikdə və ya həqiqiliyinə dair şübhə yarandıqda;
Ödəniş terminalında texniki nasazlıq və ya proqram təminatı ilə bağlı xəta baş verdikdə. Terminallar vasitəsilə kağız pul nişanlarının qəbulunda problem yaranarsa, vətəndaşlar avadanlığın yerləşdiyi ünvan və terminalın mülkiyyətçisi olan ödəniş xidməti təchizatçısı barədə məlumatları dəqiq göstərməklə aidiyyəti təşkilata müraciət etməlidirlər” .
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












