On manatlıq yolu 100 manata aparan sürücülər – Azərbaycan taksiləri necə dəyişdi?

Dünyanın ən qeyri-etik taksi sürücüləri ilə bağlı sorğu keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reddit" sorğunun nəticələrini açıqlayıb:
Türkiyə sürücüləri 1-ci yerdə! "Reddit"in səsverməsində türk taksistləri hətta vaxtilə turistlərin kabusuna çevrilmiş Hindistan sürücülərini də geridə qoyub. Bu sorğunu ciddiyə almaya da bilərik, amma ortaya maraqlı sual çıxarır: bəs bizimkilər? Vaxtilə 10 manatlıq yolu turistə 100 manata “sırıyan” qəhrəmanlarımızın aqibəti necə oldu?
Hələ bir neçə il əvvəl turistləri yol kənarında havadaca “yaxalayan”, qısa yol üçün qonağı soyub soğana çevirən sürücülər az qala Bakının vizit kartına çevrilmişdi. Amma texnologiya inkişaf etdikcə, taksilər də zəmanəyə ayaq uydurdu. Ən əsası pərakəndə taksilər bir neçə şirkətdə cəmləndi, əvvəlcə ulduzlu taksilər yarandı, zəng edib sifarişlə yolu müəyyənləşdirmək mümkün oldu. Daha sonra rəqəmsal taksi tətbiqləri yaradıldı. Beləcə uzun-qısa səfərə hazırlaşan hər kəs qiyməti əvvəlcədən öyrəndi. Digər tərəfdən daxili rəqabət. Ucuz taksi xidmətləri bahalı və qeyri-şəffaf təklifləri sıxışdırdı. Nəticədə “klassiklər”in bazarı daraldı. Amma tam yoxa çıxmayıblar. Hələ də şəhərin müəyyən nöqtələrində, xüsusilə yol kənarlarında, restoran qabağında “köhnə məktəb”in şoferləri ilə rastlaşmaq olur. Buna baxmayaraq, ümumilikdə sürücülərin davranışında nəzərəçarpan dəyişikliklər var. Avropa ölkələrindən geri qalsaq da, region ölkələri ilə müqayisədə öndəyik. (Bizim.Media)
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











