Onlayn qumar təşkil edənlərin qarşısını necə almaq olar? - VİDEO

Əvvəlcə depozit ödəniş tələb edilir, bank hesabı, kartı nömrəsi göndərilir. Minimum 5 manat ödədikdən sonra qarşı tərəf, müraciət edən şəxsin əvəzinə mərc oyunu oynayır.
Avtosfer.az məlumat verir ki, söhbət artıq açıq şəkildə reklam və təklif edilən qumar, loto, mərc oyunlarından gedir.
Qanunla qadağan olan işin dırnaqarası biznesini quranlar bu oyunları sosial şəbəkələrdəki səhifələrdə paylaşır, müraciət üçün öz nömrələrini yerləşdirməkdən belə çəkinmirlər.
Təəssüf ki, belə şəxslərin tələsinə düşənlər də az deyil.
Qeyd edək ki, mərc oyunu üzərindən qazanılan məbləği göndrmək adı ilə vətəndaşlardan bank kartı məlumatları da tələb edilir. Belə olan halda həm də kiberdələduzluq halları baş verə bilir.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, quruma sözegedən hallarla bağlı daxil olan hər bir müraciət araşdırılır.
Hüquq-mühafizə orqanları bir daha vətəndaşlara qanunsuz mərc, loto və digər qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyi tövsiyə edir.
Ətraflı süjetdə:
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu












