Ordumuz bizim üçün döyüşür, biz də koronavirusun onların səngərinə ötürülməməsi üçün çalışmalıyıq - Sosioloq

Koronavirusa yoluxma hallarının artmasında ictimai nəzarətin zəif olması da mühüm rol oynayır.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Türkiyənin Üsküdar Üniversitetinin sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı deyib.
Onun sözlərinə görə, Türkiyədə və bir çox ölkələrdə insanlar ictimai nəqliyyatda, eləcə də kütlənin toplaşdığı digər məkanlarda tibbi maskadan ümumiyyətlə istifadə etməyən və ya düzgün istifadə etməyən insanlara sərt reaksiya verirlər. Bu hal tibbi maskadan istifadəyə meyl göstərməyən şəxslərin məsuliyyətsizliklərinin bir qədər azalmasına təsir göstərir, onları maskadan düzgün istifadəyə sövq edir:
"Azərbaycanda bir qrup insanların qaydalara əməl etməməsi, onların hazırkı vəziyyətə biganə münasibəti, qaydaları pozan bu şəxslərə qarşı ictimai nəzarətin zəif olması COVİD-19-a yoluxma hallarının sayının artmasında əhəmiyyətli rol oynayır. Lakin unutmamalıyıq ki, hazırkı vəziyyət hər birimizin sosial məsuliyyətindən asılıdır. Hər birimiz məsuliyyətli olarıqsa, xəstəliyin yayılmasının qarşısını ala bilərik və nəticədə xəstəliyə qalib gələ bilərik. Bunu da nəzərə alaq ki, Ordumuzun işğal altında olan torpaqlarımızı azad etmək üçün döyüşdüyü bir zamanda bu məsuliyyətin gücləndirilməsi olduqca vacibdir. Çünki Ordumuz bizim üçün döyüşür, biz isə bu virusun onların səngərinə ötürülməməsi üçün çalışmalıyıq".
Gültən
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











