Ordumuzun qırıcıları erməniləri geri oturtdu - TƏXRİBAT - VİDEO
Müdafiə Nazirliyinin keçirdiyi komanda qərargah hərbi təlimləri davam edir. Azərbaycan Silahli Qüvvələri bir müddətdir ki, hərbi təlimlərə start verib. Hətta 6 mindən artıq ehtiyyatda olan hərbi vəzifəli Müdafiə Nazirliyinin təlimlərinə cəlb olunub. Zirehli döyüş texnikası təlim rayonlarına çatdırılıb. Təbii ki, bütün bu baş verənlərə Ermənistan tərəfi sakit yanaşa bilmədi. Silahlı qüvvələrimizin təlimləri zamanı təxribata əl atdılar. Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri zamanı Ermənistan tərəfi təxribata əl atıb. Təşvişə düşən qarşı tərəf səmaya təyyarələrini qaldırıb və sərhədlərimizə doğru istiqamətləndiriliblər. Lakin Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri bu faktı dərhal qeydə alıb. Hərbi hava qüvvələrimizin sayəsində Ermənistan təyyarələrini öz mövqelərinə geri qayıtmağa məcbur edilib.
Müdafiə naziri Zakir Həsənovun sözlərinə görə, hava hücumundan müdafiə qoşunları daim döyüş vəziyyətindədir: "Biz də öz təyyarələrimizi havaya qaldırdıq və onları öz sərhədlərinə 30 km qalmamış geri göndərdilər. Göstəriş vermişdim. Əgər onlar bizim sərhədləri bir sm keçsəydilər, məhv olunacaqdılar. Biz tam hazırlıqlı vəziyyətdə idik".
Təlimlərin növbəti mərhələsində atışlar icra ediləcək. Artıq həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları, o cümlədən tanklar təlim bölgələrinə çatdırılıb.
Azərbaycan tarixində ən genişmiqyaslı təlimlərə bütün qoşun növləri, o cümlədən 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu. Eyni zamanda Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri. Eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri cəlb edilib. Məqsəd silahlı qüvvələrin müharibə hazırlığını yoxlamaqdır. Ehtiyatda olan 8 min hərbçi də təlimlərə çağırılıb.
Bəzi hərbi vəzifəlilərin xidmətə gecə saatlarında aparılması sosial şəbəkələrdə müzakirələrə yol açıb. O cümlədən bəzi şəxslər həqiqi səfərbərlik olduğu düşünüblər.
Təşvişə əsas görməyən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin açıqlamasında bildirilir ki, ehtiyatda olan hərbi vəzifəlilər hər an səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi təlim toplanışlarına çağırılmağa hazır olmalıdırlar.
Əsas məqsəd tələb olunan zaman çərçivəsində bu resursu yığmaqdır. Yoxlama çağırışından yayınan şəxsləri isə cəza gözləyir. Eyni zamanda çağırışa cəlb edilən şəxsin vaxtında təyin edilmiş məntəqəyə gəlməsinə mane olan təşkilatlar da qanun qarşısında məsuliyyət daşıyır.
Müdafiə naziri Zakir Həsənovun Mir Şahin Ağayevə verdiyi eksklüziv müsahibəsinə bazar günü “Xəbərçi”nin saat 21 buraxılışında baxa bilərsiniz.