Orta Dəhliz ölkələrinin nəqliyyat nazirlərinin görüşü təklif edildi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) boyunca yerləşən ölkələrin nəqliyyat nazirlərinin görüşünün təşkil edilməslini təklif edib.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, o, bunu "Mərkəzi Asiya - Avropa İttifaqı" sammitində çıxışı zamanı bildirib.
Ş. Mirziyoyev “Mərkəzi Asiya - Avropa İttifaqı” sammiti zamanı kritik mineral ehtiyatlar sahəsində əməkdaşlığın dərinləşdirilməsi və investisiyaların təşviqi ilə bağlı qərarların qəbul olunacağını bildirib.
“Özbəkistan strateji xammal yataqlarının kəşfiyyatı, istismarı və onların dərin emalı üçün yüksək texnologiyalı istehsalatların yaradılması sahəsində aparıcı Avropa şirkətləri ilə əməkdaşlıqda zəngin təcrübəyə malikdir. Biz bu istiqamətdə Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsini tam dəstəkləyirik”, - deyə o vurğulayıb.
Prezidentin fikrincə, bu əməkdaşlığın genişlənməsinə əsas maneə – hazır məhsulların, o cümlədən sənaye və kənd təsərrüfatı mallarının Avropa bazarına çatdırılması üçün yetərincə səmərəli nəqliyyat dəhlizlərinin olmamasıdır.
"Xüsusilə, Orta Dəhlizin genişləndirilməsi və yüklənməsi üçün əlaqələndirilmiş tədbirlərin və biznes üçün əlverişli şərtlərin hazırlanması lazımdır. Əminəm ki, bu vəzifələr ümumavropalı "Qlobal Gateway" proqramının məqsədlərinə tam uyğundur. Bu baxımdan, razılaşdırılmış yanaşmaların hazırlanması üçün Avropa İttifaqının himayəsi altında bu marşrut ölkələrinin nəqliyyat nazirlərinin görüşünü təklif edirik", - o fikrini belə yekunlaşdırıb.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












