"Orta Dəhliz qlobal ticarət və nəqliyyat sistemlərinin diqqət mərkəzindədir" - DGK sədri

Dünyada baş verən son hadisələr, qlobal reallıqlar fonunda Orta Dəhliz təkcə regionumuzda deyil, həm də qlobal ticarət və nəqliyyat sistemlərinin diqqət mərkəzinə çevirib.
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.
Onun sözlərinə görə, bu dəhlizin əhəmiyyəti ticari xərclərin diverfikasiyası və daha etibarlı nəqliyyat marşrutları təqdim etməsidir.
"Orta dəhlizlə daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Bu da dəhlizin funksionallığını və cəlbediciliyini artırdığının sübutudur. Orta Dəhliz TDT arasında mövcud və gələcək əməkdaşlıqda əsas və təkanverici rol oynayır", - deyə sədr qeyd edib.
Bundan başqa, Ş.Bağıeov deyib ki, Orta Dəhliz üzərindəki ölkələrin gömrük xidmətləri arasında çoxtərəfli informasiya sisteminin, tranzit portalının yaradılması üçün ümumi şəraitin və bazarın formalaşması məqsədilə çərçivə sazişi hazırlanıb:
"Bu saziş artıq diplomatik kanallarla tərəfdaş dövlətlərə göndərilib. Tranzit portalının hazırlanmasında TDT-yə üzv ölkələrin gömrük xidmətləri bilavasitə iştirak edib. Mən bu məsələdə Özbəkistanın rolunu xüsusilə qeyd etmək istəyirəm. Portalın hazırlanması artıq yekun mərhələdədir".
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












