"Orta Dəhliz şimal marşrutlarına dayanıqlı alternativ təklif edir" - Rəşad Nəbiyev

Orta Dəhliz şimal marşrutlarına dayanıqlı alternativ təklif edir.
Avtosfer.az-ın məlumatına görə, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə "Global Gateway" konfransında çıxış edərkən bəyan edib.
Nazirin sözlərinə görə, bu gün Orta Dəhliz beynəlxalq ticarətin ən mühüm marşrutlarından birinə çevrilir:
"Bu marşrut, şimal yollarına davamlı və təhlükəsiz alternativ təklif edir. Azərbaycanın strategiyasının əsas ideyası fiziki və rəqəmsal bağlılığın vahid məkanının yaradılmasından ibarətdir.
O bildirib ki, Azərbaycan hökuməti "ikili transformasiya" konsepsiyasını həyata keçirir:
"Bu isə ənənəvi nəqliyyat dəhlizlərini tədarük zəncirinin iştirakçıları arasında şəffaflıq və etimad təmin edən müasir rəqəmsal həllərlə birləşdirir. Azərbaycan dəmir yolu, avtomobil, dəniz və hava yollarını birləşdirən inteqrasiya olunmuş multimodal nəqliyyat sistemi yaradıb. Onun mərkəzi elementi Xəzərdə ən böyük hab olan və Orta Dəhlizin inkişafında strateji rol oynayan Ələtdəki Bakı Beynəlxalq Dəniz Limanı olub".
R.Nəbiyev vurğulayıb ki, Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən marşrutun əsas həlqəsi olan Bakı-Tibilisi-Qars (BTQ) dəmir yolu isə xüsusi əhəmiyyət kəsb edir:
"Bu yaxınlarda ölkə hökuməti BTQ-nin ötürücülük qabiliyyətinin genişləndirilməsinə əlavə olaraq 100 milyon ABŞ dolları ayırıb. Bu da yaxın illərdə daşımaların həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək".
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB












