Orta Dəhliz üzrə daşımaların artırılması imkanları müzakirə olundu - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Daşkənd şəhərində Özbəkistanın aparıcı yükdaşıma xidmətləri göstərən şirkətlərinin nümayəndələri ilə görüşüb. Bu barədə Avtosfer.az-a ADY-dən məlumat verilib.
Görüşdə Orta Dəhlizin artan strateji əhəmiyyəti, Azərbaycanın bu marşrut üzrə tranzit imkanları və regionlararası yükdaşımaların inkişaf perspektivləri müzakirə olunub.
ADY-nin müasir dəmir yolu və liman infrastrukturu, eləcə də multimodal daşımalar üçün təqdim etdiyi çevik və rəqabətqabiliyyətli həllər barədə ətraflı məlumat verilib.
Tərəflər yükdaşımaların həcminin artırılması, logistika proseslərinin optimallaşdırılması və uzunmüddətli əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Özbəkistanlı yükgöndərənlər ADY ilə əməkdaşlıqda və Orta Dəhliz, o cümlədən Avrasiya Nəqliyyat Marşrutu üzrə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.


Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












