Orta Dəhlizdə yükdaşımanı asanlaşdıracaq layihələr üzərində iş gedir – TDT Baş katibi

Hazırda Orta Dəhlizdə yükdaşımanı asanlaşdıracaq rəqəmsal layihələr üzərində iş aparılır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.
Onun sözlərinə görə, TDT ölkələrinin təşəbbüsləri nəticəsində Orta Dəhlizdə mühüm nəticələr əldə edilir:
"Orta Dəhlizlə yükdaşımaların həcmi getdikcə artır. Bu kontekstdə mən regional inteqrasiyanın əsası olacaq bu dəhlizin cənub hissəsini - Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsini xüsusilə vurğulamaq istəyirəm. Ümumiyyətlə, nəqliyyat sahəsində uğurlu əməkdaşlıq TDT ölkələrinin iqtisadiyyatlarına töhfə verir".
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Orta Dəhlizlə yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63 % artaraq 4,1 milyon tona çatıb. 11 ay ərzində Orta Dəhlizlə konteyner daşımaları 1 il əvvələ nisbətən 2,6 dəfə artaraq 50,5 min TEU təşkil edib.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











