“Orta Dəhlizin dəmir yolu ilə illik 75 milyard dollarlıq ticarət dövriyyəsi potensialı var” - Nazir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) Türkiyə ərazisindən keçərək illik 75 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi potensialına malikdir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu nazir Abdulkadir Uraloğlu bildirib.
O qeyd edib ki, iyunun 27-dən 29-dək Türkiyədə keçiriləcək Qlobal Nəqliyyat Dəhlizləri Forumu 70 ölkənin nümayəndələrini bir araya gətirəcək:
“Əsas diqqət Orta Dəhlizin ənənəvi dəniz marşrutlarına strateji alternativ kimi inkişafına yönələcək”.
Nazir bildirib ki, Türkiyənin nəqliyyat dəhlizləri Hörmüz boğazındakı qeyri-sabitlik fonunda mühüm alternativə çevrilir:
“Orta Dəhliz dəniz marşrutundan 2 dəfə daha sürətli və hava nəqliyyatından təxminən 4 dəfə daha qənaətlidir”.
O vurğulayıb ki, geosiyasi gərginlik, xüsusilə İran və İsrail arasında kəskinləşmə qlobal logistika marşrutlarının şaxələndirilməsinin zəruriliyini bir daha təsdiqləyib:
“Forum çərçivəsində Orta Dəhliz boyunca yerləşən ölkələrin nəqliyyat nazirləri ilə görüşlər, həmçinin avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı sektorlarından aparıcı nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masalar keçirilməsi planlaşdırılır”.
Nazirin sözlərinə görə, Ədalət və İnkişaf Partiyasının (AK Parti) hakimiyyəti illərində Türkiyə nəqliyyat və kommunikasiya infrastrukturuna təxminən 293,5 milyard ABŞ dolları məbləğində investisiya yatırıb.
"Mərkəzində Türkiyənin olduğu Orta Dəhliz dəmir yolu ilə 21 ölkəni birbaşa birləşdirir və qlobal ticarətin mühüm həlqəsinə çevrilir. Əgər Süveyş kanalı ilə yük daşınması orta hesabla 35 gün, Ümid Burnu ilə 45 gün çəkirsə, Orta Dəhliz ilə bu müddət 15 gündən az olacaq", - A.Uraloğlu bildirib.
Nazir qeyd edib ki, hazırda dəmir yolu şəbəkəsinin 651 km uzunluğunda əsas hissələrində (Halkalı–Kapıkule, Gebze–Köseköy, Yerköy–Kayseri, Kars–Aralık–Dilucu, Sivas–Zara daxil olmaqla) işlər davam edir, həmçinin ümumi uzunluğu 1 394 km olan yeni layihələr hazırlanır.
"Bu investisiyalar sayəsində Orta Dəhliz üzrə illik daşımaların həcminin 6,5 milyon tona çatacağı gözlənilir. Təkcə marşrutun dəmir yolu komponenti üzrə illik 75 milyard ABŞ dolları səviyyəsində ticarət dövriyyəsi potensialı qoyulub", - A.Uraloğlu bildirib.
Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












