Orta Dəhlizin potensialından tam istifadə etməyə çağırırıq

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr Orta Dəhlizlə ticarət dövriyyəsinin və yükdaşımalarının həcmini artırmalıdırlar. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, Qazaxıstan təşkilatın hazırkı sədri kimi onun fəaliyyətinin səmərəliliyinin artırılmasına töhfə verir.
Qazaxıstan lideri Türk Dövlətləri Təşkilatının statusunun daha da gücləndirilməsinin zəruriliyini qeyd edib:
“TDT dövlətləri, həmçinin digər ölkələrlə ticarət dövriyyəsinin və yükdaşımaların həcmini genişləndirmək lazımdır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından tam şəkildə istifadə edilməlidir”.
Onun sözlərinə görə, bu günə qədər bu dəhlizlə konteyner daşımalarının həcmi 2023-cü illə müqayisədə iki dəfə artıb:
“Yüklərin çatdırılma müddətini azaltmaq üçün multimodal rəqəmsal platforma olan “Digital Trade Corridor” istifadəyə verilib”.
Tokayev vurğulayıb ki, Azərbaycan bu istiqamətdə bizimlə sıx əməkdaşlıq edir:
"Artıq ikitərəfli dəmir yolu administrasiyalarının inteqrasiyası başa çatıb. Bunun sayəsində ötən il Orta Dəhliz üzrə yükdaşımaların həcmi 65% və ya təxminən 3 milyon ton artıb. Bundan başqa, Aktau dəniz limanındakı habın imkanları daşınan konteynerlərin sayını 300 minə çatdırmağa imkan verir. Bu dəniz limanı Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrindən gəmiləri qəbul edir”.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanır. 2024-cü ildə bu marşrutla yükdaşımaların 4 milyon tonu keçəcəyi proqnozlaşdırılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












