Orta Dəhlizlə bu il konteyner daşımaları 3 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə daşımaların həcmi 70 % artaraq 3,4 milyon tona çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev “APM Terminals Poti” şirkətinin baş direktoru Kristian Ryöder ilə keçirdiyi görüşdə bildirib.
Orta Dəhlizin inkişafına toxunan M.Karabayev konteyner daşımalarının artdığını bildirib. Onun sözlərinə görə, bu ilin 9 ayında konteyner daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 34,6 min TEU-ya çatıb. Həmçinin yanvar-avqust aylarında Çindən konteynerlərin tranziti 20 dəfədən çox artıb.
"Tərəflər Qazaxıstan və “APM Terminals” şirkəti arasında nəqliyyat əlaqələrini gücləndirəcək, həmçinin TBNM üzrə konteyner daşımalarının artımını təmin edəcək gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər", - məlumatda vurğulanıb.
Qara dəniz sahilində əsas nəqliyyat qovşağı olan “APM Terminals Poti| Poti Sea Port Corporation” Gürcüstanın Poti şəhərində yerləşir.
Məlumata görə, oktyabrın 9-da keçirilən görüşdə TBNM çərçivəsində yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişafı əsas müzakirə mövzusu olub.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












