Orta Dəhlizlə yük daşımalarının həcmi artıb

Bu ilin yanvar-noyabr aylarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63% artaraq 4,1 milyon tona çatıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə “Report” Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
O cümlədən, 11 ay ərzində Orta Dəhlizlə konteyner daşımaları 1 il əvvələ nisbətən 2,6 dəfə artaraq 50,5 min TEU təşkil edib.
"Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu davamlı artım göstərməyə davam edir. Bu da buraxılış qabiliyyətinin ildə 6 milyon tona qədər, o cümlədən 100 min TEU konteyner daşımalarına qədər artması ilə təsdiqlənir. Ötürücülük qabiliyyətinin artırılmasına və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş infrastrukturun modernləşdirilməsinə xüsusi diqqət yetirilir", - məlumatda qeyd olunub.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA












