Orxan Əsgərovun atası Pezeşkianla görüşəcək? - ÖZÜ AÇIQLADI

Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan 2 il ötür. 27 yanvar 2023-cü il tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.
Lakin hələ də edam hökmünün icrası baş tutmayıb.
İran Prezidenti Məsud Pezeşkianın aprel ayında Azərbaycana səfəri gözlənilir. Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda bildirib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Modern.az"a açıqlamasında Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib ki, oğlunun qatilinin edamı məsələsi İran Prezidentinin səfəri zamanı müzakirə oluna bilər.
R.Əsgərov İrandakı səfirimizlə əlaqə saxladığını deyib:
“Səfir dedi ki, hələ dəqiq bir məlumat yoxdur. Mənə dedilər ki, araşdırıb məlumat verəcəklər. Çox güman ki, gözləyirlər. Prezidentimiz görüşlər zamanı bütün bu məsələləri qabardır. İstənilən İran nümayəndəsi gələndə həmən dəqiqə bu məsləni ortaya qoyur ki, edamı tezləşdirmək lazımdır. İran prezidenti ilə görüşüm yəqin ki, olmayacaq. Mənə bu barədə məlumat verilməyib. O vaxt mənim baş prokurorla görüşüm olub. Başqa İran rəsmiləri ilə görüşüm olmayıb”.
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq












