Ovçuluq biletinə imtina verilməsi halları müəyyənləşdi

Azərbaycanda ovçuluq biletinə imtina verilməsi halları müəyyənləşib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına dəyişiklikdə əskini tapıb.
Dəyişikliyə əsasən, ovçuluq biletinə ərizəçinin 18 yaşı tamam olmadıqda, məhdud fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda, ərizədə və ona əlavə olunmuş sənədlərdə (məlumatlarda) səhv və ya təhrif olunmuş məlumatlar olduqda imtina verilir.
Bundan başqa, ərizəçiyə ovçuluğun minimum üzrə sınağından keçmədikdə, ov silahından istifadəyə dair verilən icazənin və silahın respublika ərazisində saxlama müddətləri bitdikdə, heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda bilet verilmir.
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












