Özbəkistan Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək

Özbəkistanın Nəqliyyat Nazirliyi beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi, o cümlədən Azərbaycan ərazisindən yeni tranzit dəhlizlərinin yaradılması üzərində işləyir.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov məlumat verib.
Özbəkistanda ölkənin nəqliyyat-logistika sisteminin gələcək inkişafının əsas istiqamətləri müəyyən edilib. Vahid proqram da hazırlanıb və onun çərçivəsində 2030-cu ilə qədər nəqliyyat, logistika və yük tranziti konsepsiyası təsdiq olunub.
Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov departamentin diqqət mərkəzində olacağı beş əsas istiqaməti qeyd edib: yükdaşımaların maya dəyərinin azaldılması, beynəlxalq marşrutların şaxələndirilməsi, yeni istiqamətlərdə daşımalarda rahatlığın yaradılması və daşıma xərclərinin azaldılması.
Özbəkistan Nəqliyyat Nazirliyinin qarşısında nəqliyyatın problemlərlə üzləşdiyi ölkələri yan keçən nəqliyyat marşrutlarını inkişaf etdirmək vəzifəsi durur. Digər məqsəd 2030-cu ilə qədər Logistika Performans İndeksində (LPI) Özbəkistanın mövqeyini 88-ci yerdən ən azı 55-ci yerə yüksəltməkdir. Bundan əlavə, beynəlxalq avtomobil yolları boyunca logistik mərkəzlərin, düşərgələrin, TIR parklarının və digər şəraitin yaradılması üçün ünvanların siyahısı hazırlanır.
Nəqliyyat Nazirliyi rəhbərinin təqdimatına əsasən, alternativ nəqliyyat dəhlizləri kimi aşağıdakı marşrutlar müəyyən edilib: Türkmənistan – İran – Türkiyə – Avropa İttifaqı; Türkmənistan – Azərbaycan – Gürcüstan – Avropa; Əndican – Oş – İrkeştam – Kaşqar; həmçinin Özbəkistan – Əfqanıstan – Pakistan. Bu tranzit dəhlizləri xarici ticarət əməliyyatlarının sabitliyini təmin etmək üçün nəzərdə tutulub.
Yeni marşrutların səmərəli işləməsi üçün Özbəkistan Belçika, Serbiya, Norveç, Xorvatiya və Albaniya ilə avtomobil nəqliyyatı sahəsində yeni beynəlxalq müqavilələr bağlamağı planlaşdırır. Rəsmi Daşkənd, həmçinin Çin, İran, Belarus, Ukrayna, Moldova və Rumıniya ilə mövcud müqavilələrə yenidən baxılmasını nəzərdə tutur.
Planlara, həmçinin gömrük prosedurlarının sadələşdirilməsi və malların keçidinin sürətləndirilməsi, habelə nəqliyyat sənədlərinin qarşılıqlı tanınması üçün “yaşıl dəhliz” sisteminin tətbiqi daxildir.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO












