"Özəl parklanma yerləri qiymətləri sərbəst şəkildə müəyyən edir" - AÇIQLAMA

"Parklanma məntəqələrində qiymətlərin artmasının əsas səbəbi tələbatın çox, parklanma yerlərinin isə məhdud olmasıdır. Bir neçə ildir ki, müxtəlif ərazilərdə qiymətlər müəyyən olunana qədər parklanmanın ödənişsiz olduğu qeyd olunsa da, praktikada bəzi şəxslər bundan sui-istifadə edir, ödəniş tələb edirdilər. O vaxtlar cüzi məbləğ ödəməklə avtomobili bütün gün saxlamaq mümkün idi. İndi isə "AzParking" və yeraltı parklanma məntəqələri saatlıq tariflə işləyir və qiymətlər tez-tez artır".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev parklanma məntəqələrində qiymətlərin artmasından danışarkən bildirdi.
.jpg)
"Avtomobillərin sayı çox olduğundan mövcud yerlər kifayət etmir. Nəticədə sürücülər bəzən ikinci cərgədə, hətta əlillər üçün ayrılmış yerlərdə dayanmağa məcbur qalırlar ki, bunların hər biri cərimə ilə nəticələnir. Xüsusilə məktəblərin yaxınlığında valideynlər uşaqları götürüb aparmaq üçün tez-tez ikinci cərgədə dayanır, dəfələrlə cərimə olunsalar belə bunu davam etdirmək məcburiyyətində qalırlar. Uşaqları məktəbə aparıb-gətirmək üçün nəzərdə tutulan avtobuslar isə hər yerdə effektiv işləmədiyi üçün səhər və günorta saatlarında parklanma problemi daha da kəskinləşir. Bu vəziyyətdən istifadə edənlər də qiymətləri artırmağa meylli olur. Çünki avtomobil çox, parklanma yeri isə azdır, tələbat yüksək olduğundan sürücülər də məcbur qalır. Bir neçə manat ödəyib rəsmi parklanmada saxlamaq, ikinci cərgədə dayanıb 80 manat və iki bal cərimə almaqdan daha sərfəlidir. Eyni qaydada, müxtəlif yerlərdə cərimələr 10, 20, 60 manat və daha çox ola bildiyindən, istənilən halda avtomobili düzgün yerdə park etmək zəruridir. Özəl parklanma yerləri isə kommersiya məqsədilə fəaliyyət göstərdiyindən qiymətləri sərbəst şəkildə müəyyən edir. Xüsusilə ticarət mərkəzlərinin altındakı dayanacaqlarda tələbat yüksək olduğuna görə qiymətlər istənilən səviyyəyə qaldırıla bilir. Hətta bəzən sürücülər yarım saat, bir saat növbədə gözləyir ki, kimsə çıxıb yer boşaltsın. Bu da göstərir ki, tələbat çox olduqca qiymətlərin artırılması davam edir və bu məkanlar bundan ciddi gəlir əldə edirlər", - deyə ekspert yekunlaşdırdı.
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO










