Özünü satıcı kimi təqdim edən erməni qadının əsl kimliyi ÜZƏ ÇIXDI - FOTOLAR

Döyüş bölgəsindən təxliyə olunaraq Bakıya gətirilən və özünü mağaza satıcısı kimi təqdim edən Ermənistan vətəndaşı Aznif Baqdasaryanın əsl kimliyi üzə çıxıb.
Erməni qadının sosial şəbəkə hesabından onun əslində hərbçi-tibbi baçısı kimi xidmət etdiyi məlum olub. Onun Facebook profilindəki hərbi geyimdə olan şəkilləri belə deyir.
Qeyd edək ki, oktyabrın 7-də döyüş bölgəsindən təxliyə olunaraq Bakıya gətirilən Aznif Baqdasaryan zavallı qadın kimi mətbuatın qarşısına çıxmışdı.
"Bomba zərbəsi zamanı huşumu itirmişdim, ayılanda gördüm ki, təkcəyəm, heç kim qalmayıb. Üç sutka ərzində mağazada kimsəsiz, tək qaldım. Məni hər zaman qorxudurdular ki, azərbaycanlıların əlinə düşsəm, öldürüləcəyəm. Ona görə qorxurdum. Ancaq tam əksinə oldu, mənimlə çox yaxşı rəftar etdilər” – A.Baqdasaryan mətbuat konfransında bildirmişdi.
Azərbaycanda mülki şəxs kimi ona isti münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davranıldığını söyləyən qerməni qadın daha sonra əlavə etmişdi:
"Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər, nənəmgilin yaşadığı evi göstərdilər. Çay içdik, qutab, paxlava yedik. Sizin qutab, paxlava mənim xoşuma gəlir, dünyanın ən yaxşı qutab və paxlavası sizindir. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”.
Bu hiyləgər erməninin Facebook profilinə baxmaqla əsl kimliyini ayırd etmək çətin deyil. (Sfera.az)


“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












