Özünü yandıran taksi sürücüsü haqda AÇIQLAMA

Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi bu gün taksi sürücüsünün özünü yandırması barədə məlumat yayıb. Avtosfer.az-ın məlumatına görə, sentyabrın 20-də saat 02 radələrində Sumqayıtdakı "Şəfa" sanatoriyasının yataqxanasında məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün, özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında naməlum səbəblərdən üzərinə benzin tökərək özünü yandırıb. Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin birgə məlumatında bildirilir ki, həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək xüsusi cihaz vasitəsi ilə yanğını söndürüb və təcili yardım çağırıblar. Məqsəd Süleymanov yanıq xəsarətləri ciddi olduğundan Bakıdakı 5 saylı Xəstəxanaya çatdırılmış, lakin həkimlərin müdaxiləsinə baxmayaraq saat 15 radələrində həyatını itirib.
Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
Emin
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












