Parisdə talanlar başlayıb - VİDEO

Noyabrın 24-də Fransa parlamentində "Qlobal təhlükəsizlik haqqında" qanunun 24-cü maddəsinə edilən müvafiq dəyişiklikdən sonra ötən həftənin şənbə günündən etibarən Parisdə Jurnalist həmkarlar ittifaqları və müxalif qüvvələrin etiraz nümayişləri davam edir.
APA “Sputnik France”a istinadən xəbər verir ki, bu gün paytaxtın Qambet prospektində keçirilən etiraz aksiyasında polislə nümayişçilər arasında yenidən qarşıdurma baş verib.
"Hər kəs polisə nifrət edir" şüarı ilə etirazçılar avtomobilləri yandırıb, ofis və ticarət mərkəzlərinin şüşələrini qırıb, polisin üzərinə qablara doldurulmuş boya atıblar.
İğtişaşlar səngiyəndən bir müddət sonra – günorta saatlarından etibarən etirazlar daha aqressiv xarakter alıb. Nümayişçilər bu dəfə hüquq-mühafizə orqanları əməkdaşlarına daş və butulkalar atıblar. Sonra şəhərdə talanlar başlayıb.
Polis nümayişilərə gözyaşardıcı qazlardan və su şirnaqlarından istifadə edib.
Etiraz aksiyaları Fransanın digər şəhərlərində də davam edir.
Qeyd edək ki, bundan əvvəl Fransa Daxili İşlər Nazirliyi etiraz aksiyası zamanı təkcə Parisdə 22 nəfərin həbs olunduğunu bildirmişdi.
Xatırladaq ki, etirazlara səbəb olan qanunun 24-cü maddəsinə görə, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşının xidmət zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir. Qanuna edilən dəyişiklik müxalifət tərəfindən söz azadlığına qarşı ciddi addım kimi qiymətləndirilib.
Qanunu pozan şəxsi üçün 1 il həbs cəzası və 45 min avro cərimə nəzərdə tutulub.
Sənədin gələn ilin yanvar ayında Fransa parlamentinin yuxarı palatası olan Senata göndəriləcəyi bildirilib.
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ











