Paşinyan Azərbaycanla bağlı oğurluğa belə göz yumdu - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə saxtakarlığı ilə diqqət çəkib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, onun mədəni istirahəti zamanı baş verib.
Belə ki, qızı Məryəmlə operaya gedən Paşinyan, buradan lentə aldığı görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Diqqət çəkən məqam isə ondan ibarət olub ki, səhnədə dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası ifa olunub.
Ermənistan Dövlət Caz Orkestrinin konsertində iştirak edən Paşinyanın, ermənilər tərəfindən oğurlanan operettanı dinləməkdən zövq aldığı paylaşdığı videoda öz əksini tapıb. Oğurluğa dövlət rəhbərliyi səviyyəsində göz yumulmasının isə yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
Qeyd edək ki, “O olmasın, bu olsun” Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediyadır. Musiqili komediya əsasında 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən eyniadlı film çəkilib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












