"Paşinyan BMT qətnamələrini təhrif etməyə cəhdlə sülh istəmədiyini göstərir"

Ermənistanın baş naziri Nikol Paşinyan BBC telekanalına müsahibəsi zamanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin mahiyyətini təhrif etməyə çalışmaqla bir daha sülh istəmədiyini, öz faşist xislətini ortaya qoydu. Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnaqmələrində qeyd olunur ki, erməni əsgərləri Dağlıq Qarabağ və ətraf rayonlardan, yəni Azərbaycanın işğal altında olan 20 faiz ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır: “Ermənistan 27 ildir ki, bu qətnamələrə məhəl qoymur. Son günlər Paşinyan ayrı-ayrı telekanallara müsahibələr verir və müsahibələrdə nə qədər aciz, misgin, nə qədər yazıq vəziyyətdə düşdüyü açıq şəkildə görsənir. Nikol Paşinyanın siyasi savadı və idarəçilik qabiliyyəti olmadığı üçün suallar qarşısında gülünc vəziyyətdə qalır. Paşinyan bütün dünyanın qəbul etdiyi və 190 ölkənin səs verdiyi BMT qətnamələrinin üzərindən xəttə çəkərək bu qətnamələrin mahiyyətini təhrif edir və bu qətnamələrə qarşı çıxır".
C.Osmanov əlavə edib ki, bu qətnamələrə qarşı çıxmaq BMT-ə qarşı çıxmaqdır və eyni zamanda BMT-ə üzv olan bütün dünya ölkələrinə qarşı çıxmaqdır. Bu onu göstərir ki, Paşinyan sülh istəmir, dialoqa getməmək üçün iyrənc və cılız addımlar atmaqla bütün məsələlərin üzərindən xətt çəkir. Paşinyanın bu düşüncəsiz, dünya ictimaiyyətini çaşdırmağa yönəlik açıqlamaları bir daha onun nə qədər terrorizm və faşizm siyasəti yürütdüyünü göstərir və Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq terrorizmə öz töhfəsini verməkdə davam edir.
Əlbəttə ki, belə olan halda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu haqqı, ədaləti bərpa etmək üçün anti-terror əməliyyatlarını davam etdirəcək, işğal altında olan torpaqlarımızı terrorçulardan təmizləyəcək”.
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır
Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - FOTO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO










