Paşinyan Qarabağdakı ordunu rəqibləri ilə mübarizə üçün İrəvana çağırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan “divar dibində ulayan” adlandırdığı rəqibləri ilə məsələni həll etmək üçün cəbhədəki əsgərləri İrəvanda gözlədiyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Nikol Paşinyan “Facebook” hesabında yazıb.
“Cəbhədəki hərbi qulluqçuların onlarla video materialına (dəstək sözləri ilə - red.) baxdım. Uşaqların dərin düşüncəsinə heyran qaldım. Uşaqlar, siz haqlısınız. Sizi divar dibində ulayanlarla məsələni birdəfəlik həll etmək üçün İrəvanda gözləyirəm”, - deyə N.Paşinyan bildirib.
Çıxışında Ermənistanın baş naziri ilk dəfə hakimlər barədə “divar altında ulayan” ifadəsini səsləndirib. Buna cavab olaraq Ermənistan Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan respublikanın hakimlərini hakim və müxalif dairələrin təzyiqlərinə boyun əyməməyə çağırıb:
“Hazırda əsaslı və qəti cavab veriləcək - “biz divar dibində ulayan hakimlərik, yoxsa vətəninə sadiq vicdanlı peşəkarlarıq”.
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












