“Paşinyan verdiyi açıqlamalarla erməni cəmiyyətini sülhə hazırlayır” – OQTAY QASIMOV - FOTO

Son günlər Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh və Azərbaycanla bağlı verdiyi açıqlamalar istər cəmiyyətimizdə, istərsə də beynəlxalq ictimaiyyətdə təəccüb doğurub.
Avtosfer.az xəbər verir ki, Paşinyanın gərəksiz mövzuları açmaqla sülhə xələl gətirməyin yanlış addım olacağını açıqlaması iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmağa çalışanları narahat etməyə başlayıb.
Mövzu ilə əlaqədar siyasi şərhçi Oqtay Qasımov Avtosfer.az-a açıqlamasında deyib ki, Paşinyanın belə bir açıqlamanı verməsi daxili auditoriya ilə yanaşı xarici auditoriyanın diqqətini sülh məsələsində nə qədər qətiyyətli olmasının göstəricisidir.

“Paşinyanın son müraciəti kifayət qədər konstruktiv və realıqları əks etdirən, erməni cəmiyyətinin sülhə hazırlamaq istiqamətində atılan ciddi adımlardan biridir. Faktiki olaraq, Paşinyan bu müraciətində bütün məsələləri çılpaqlığı ilə ortaya qoydu və erməni cəmiyyətini düşündürən bir çox məsələlərə aydınlıq gətirdi.
Xüsusilə də real Ermənistanın sərhədləri ilə bağlı, Azərbaycanla əldə olunmuş razılaşmalarla bağlı, o cümlədən, Qarabağ ermənilərinin gələcəyi ilə bağlı məsələlərə aydınlıq gətirdi. Bununla yanaşı, digər mövzularda bu həm anklavlar məsələsi, sərhədlərin demilitasiya, demarkasiya olunmasının məsələsi və s. bu tipli məsələlərə də aydınlıq gətirdi və sülhün dönülməz bir proses olduğunu izah etdi. Kommunikasiyaların açılması, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı məsələdə kifayət qədər normal mövqe sərgilədi və qeyd etdi ki, bu kommunikasiya dəhlizinin açılması regionun bütün ölkələri üçün çox vacibdir. Məhz bu, Ermənistanın təklif etdiyi “sülh kəsişməsi” layihəsinin tam da özüdür.
Yəni bizim üçün önəmli olan məhz Ermənistan hakimiyyət başçısının və erməni cəmiyyətinin, rasional düşünən kəsimin məhz bu cür reallıqları qəbul etməsi və regionda sülh və əməkdaşlığın vacibliyini dərk etməsidir. Hesab edirəm ki, Paşinyanın bu müraciəti Vaşinqton görüşündən sonra sülh istiqamətində atılan adımların davamıdır və kifayət qədər effektiv bir müraciət idi. Məhz bu cür marifləndirmə, izah etmə işləri davam edilsə, nə qədər bu proses intensiv aparılarsa, hesab edirəm ki, erməni cəmiyyətində sülhü hazırlamaq o qədər sürətli həyata keçə bilər”.
Səfər
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










