Paşinyana qarşı daha bir sui-qəsd hazırlanıb: siyasi fiqurlar arasında həbslər başladı

Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı siyasi rəqibləri tərəfindən sui-qəsd cəhdinin qarşısı alınıb.
“RİA Novosti” agentliyi məlumat verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xüsusi xidmət orqanlarının yaydığı məlumatda qeyd olunur ki, Sünik bölgəsinin sakini hökumət əleyhinə müxtəlif əks fikirlərə sahib olub, baş nazirin xarici və daxili siyasəti ilə razılaşmaylb.
Bu şəxsin öz evində çox sayda silah-sursat və partlayıcı maddə saxladığı deyilir.
Bildirilir ki, həmin şəxs Ermənistanda iqtidar əleyhinə mövqeyi ilə seçilən və onların tərəfdarları olan şəxslərlə birgə hökumət başçısını öldürərək hakimiyyəti ələ keçirmək niyyətində olublar.
Qeyd edək ki, bundan bir qədər əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi və müxalif “Vətən” partiyasının lideri Artur Vanetsyan, parlamentin keçmiş deputatı və Ermənistan Respublika Partiyası fraksiyasının keçmiş rəhbəri Vaqram Baqdasaryan və bir neçə digər şəxs hökumət başçısına qarşı sui-qəsd hazırlamaqda və dövlət çevrilişinə cəhddə şübhəli bilinərək saxlanılıblar.
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA











