Paşinyandan erməni xalqına müharibə ÇAĞIRIŞI: “Sona qədər dirənəcəyik”

Ermənistan baş naziri Nikol Paşinyan erməni xalqına müraciət edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarmaq barədə təklifləri qəbul etmədiyini açıqalayıb. “Azərbaycan addım-addım qarşımıza şərt qoydu ki, öncə 5, sonra isə 2 rayonu onlara qaytaraq, sonda Qarabağı sülh müqabilində qaytarmalı idik. Bizim hökumətimiz bundan imtina etdi, bu bizim üçün qəbuledilməz idi”.
Ermənistanın hökumət rəhbəri cəbhənin həm şimal, həm də cənub istiqamətində geri çəkildiklərini və döyüşlər zamanı ciddi itkilər verdiyini etiraf edib. "Mən bunları sizin aranızda vahimə yaratmaq üçün demirəm. Düşmən son vaxtlar döyüş taktikasını dəyişərək arxa xəttimizə daxil ola bilib".
Nikol Paşinyan döyüşlərdə ağır itkilər vermələrinə baxmayaraq, Qarabağın heç bir ərazisinin Azərbaycana qaytarılmayacağını söyləyib. “Biz sona qədər dirənəcəyik. Heç bir ərazi Azərbaycana qaytarılmayacaq. Sona qədər müharibə” – deyə Paşinyan çıxışını yekunlaşdırıb.
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib










