Paşinyandan əsirlərin mübadiləsi ilə bağlı AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı və İrəvanın Dağlıq Qarabağ münaqişəsi zonasında əsir mübadiləsi zamanı “hamının hamıya” prinsipi ilə bağlı razılığa gəldiyini elan edib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
“Ən mühüm vəzifə əsirlərin geri qaytarılmasıdır. Demək istəyirəm ki, burada müəyyən irəliləyiş var. Əsasən, “hamının hamıya” mübadilə prinsipi razılaşdırılıb”, - deyə Paşinyan həmyerlilərinə televiziya ilə müraciətində bildirib.
Onun sözlərinə görə, söhbət həm Qarabağda münaqişənin son gərginləşməsi zamanı, həm də ondan əvvəl əsir düşənlərdən gedir. Paşinyan əlavə olaraq, əsirlərin geri qaytarılması mexanizmlərin hazırlanmasının zəruriliyini də vurğulayıb.
Ermənistan baş naziri digər vacib problemin itkin düşənlərin axtarışı olduğunu bildirib. O, noyabrın 9-dan bəri 600-dən çox ölü hərbçinin cəsədinin münaqişə zonasından çıxarıldığını, 500 meyitin şəxsiyyətini müəyyənləşdirmə mərhələsində olduğunu söyləyib.
“Yüksək bir ehtimalla, bunların itkin düşmüş həmyerlilərimizin meyitləri olduğunu söyləyə bilərik... Şəxsiyyətin müəyyən edilməsi DNT testləri istifadə edilərək həyata keçirilir. Bu günə qədər ölənlərdən 135-nin şəxsiyyəti müəyyənləşdirilərək qohumlarına təhvil verilib”, - deyə o bildirib.
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ












