Paytaxt avtobusunda qeyri-adi addım – “BakuBus”un sürücüsü ... – VİDEO

Bu gün səhər saatlarında paytaxtda fəaliyyət göstərən “BakuBus”a məxsus 2 nömrəli marşrut avtobusunda qeyri-adi vəziyyət yaşanıb. Avtobusun sürücüsü nəqliyyat vasitəsini idarə etdiyi müddətdə mərsiyə səsləndirib. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, dini məzmunlu ifa yüksək səslə olmasa da, avtobusa minən sərnişinlərin əksəriyyəti tərəfindən aydın şəkildə eşidilib. Hadisə bəzi sərnişinlərin diqqətini çəkib və ictimai nəqliyyatda dini məzmunun səsləndirilməsinin uyğunluğu ilə bağlı müzakirələrə səbəb olub.
Qeyd edək ki, ictimai nəqliyyat fərqli dünyagörüşə malik insanların istifadə etdiyi məkandır və bu səbəbdən belə məkanlarda neytral mühitin qorunması vacibdir. Avtobus sürücüsü xidməti vəzifədədir və onun əsas vəzifəsi sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etməkdir, şəxsi dini hisslərini paylaşmaq yox...
Bu səbəbdən sürücü tərəfindən dini məzmunun səsləndirilməsi neytral mühit prinsipinə uyğun sayılmır.
Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu göndərilib.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












