Paytaxt yollarının bitməyən tıxac dərdi: Problemi necə həll etməli? - VİDEO

Bakının bitməyən, hətta deyərdim ki, gün keçdikcə artan dərdi - tıxaclar... Elə küçə və prospektlər, elə yollar var ki, demək olar, günün əksər saatlarında tıxaclı olur. Bu isə insanların həm zamanlarını, həm əlavə yanacaq sərfiyyatına görə pullarını, həm də əsəblərini aparır. Çoxdandır hər kəsi bir sual düşündürür: paytaxtın tıxac dərdi nə vaxtsa bitəcək?
Tıxaclar artıq paytaxt Bakının qaçılmazı olub. Hər gün daha da dərinləşən bu problem xüsusilə də Bakının giriş və çıxışlarında müşahidə olunur. Şimaldan Bakı-Sumqayıt şosesi "20 yanvar" dairəsinədək; cənubdan "Azneft dairəsi" və paytaxtətrafı kənd və qəsəbələrdən "Koroğlu" metrostansiyası istiqamətində günün əksər saatlarında uzunmüddətli tıxaclar yaşanır.. NİİM-in mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov bunun səbəbini paytaxta üz tutanların say çoxluğu ilə əlaqələndirir. Rauf Mirqulamov deyir ki, şəhərin cənub girişində də qeyd olunan saatlarda tıxac olur və üstəlik, bu yolda tıxacdan yayınmağın alternativi də yoxdur. Tıxacdan ən çox əziyyət çəkənlər isə əlbəttə ki, sürücülərdir. Yay mövsümü ilə əlaqədar məktəblər bağlandığından və vətəndaşların böyük hissəsi məzuniyyətə çıxdığından paytaxt küçələrində hazırda tıxaclar nisbətən səngiyib. Lakin bununla belə avtomobillərin hərəkətində hər gün sıxlıq yaşanır.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












