Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?

Gündəm 6 May 2026 00:00
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
WhatsApp kanalımıza abunə olun

Bakıda "Gənclik" metrosunun şimal çıxışında Atatürk parkı və avtomobillərin parklanma yeri kimi tanınan Antena parkları birləşdirilir. Bu qərarın nəticəsində həmin parklanma yeri ləğv edilir.

Bəs paytaxtda parklanma yerləninin az olduğu bir vaxtda, mövcud parkinqin ləğv olunması doğrudurmu?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, bu qərar ilk baxışda parklanma probleminin fonunda ziddiyyətli görünə bilər, lakin şəhərsalma baxımından bu tip layihələr daha geniş və uzunmüddətli yanaşmaya əsaslanır:

"Çünki müasir şəhər inkişafı artıq avtomobil yönümlü deyil, insan yönümlü modelə keçir və piyada zonalarının yaradılması da bu transformasiyanın əsas elementlərindən biridir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi kimi qurumlar planlama zamanı yalnız mövcud vəziyyəti deyil, gələcək nəqliyyat davranışını nəzərə alır və əsas məqsəd şəhər mərkəzində avtomobil sıxlığını azaltmaq, hava keyfiyyətini yaxşılaşdırmaq, səs-küyü minimuma endirmək, insanların daha rahat və təhlükəsiz hərəkətini təmin etməkdir, xüsusilə "Gənclik" metro stansiyası ətrafı kimi yüksək sərnişin axını olan ərazilərdə piyada infrastrukturunun gücləndirilməsi avtomobildən asılılığı azaltmaq üçün strateji addım hesab olunur. Eyni zamanda Atatürk parkı və Antena parkı arasında piyada əlaqəsinin yaradılması şəhər daxilində “yaşıl dəhliz”lərin formalaşmasına xidmət edir ki, bu da həm ekoloji, həm də sosial baxımdan müsbət təsir yaradır. Əsas hədəf parçalanmış nəqliyyat sistemindən inteqrasiya olunmuş modelə keçməkdir, yəni insan metrodan düşdükdən sonra rahat şəkildə piyada hərəkət edə bilməli, velosiped və digər mikromobillik vasitələri ilə alternativ seçimlərə çıxışı olmalıdır. Bu halda avtomobilə ehtiyac tədricən azalır.

Park daxilində fəaliyyət göstərən restoran və obyektlərə gəldikdə isə beynəlxalq təcrübə göstərir ki, piyada zonalarının genişləndirilməsi çox vaxt müştəri axınını azaltmır, əksinə artırır. Çünki insanlar daha komfortlu və təhlükəsiz mühitdə daha çox vaxt keçirməyə meyilli olur, baxmayaraq ki, avtomobillə gələn müştərilərin azalması qısamüddətli təsir yarada bilər, orta və uzun müddətdə isə piyada və ictimai nəqliyyatdan istifadə edənlərin sayının artması bu boşluğu kompensasiya edir, bununla belə parklanma probleminin real olduğu danılmazdır və belə layihələrin uğuru paralel tədbirlərdən asılıdır. Məsələn, ətraf ərazilərdə çoxmərtəbəli parkinqlərin yaradılması, “park et və davam et” sistemlərinin tətbiqi, küçə parklanmasının düzgün idarə olunması və ictimai nəqliyyatın daha əlçatan edilməsi vacibdir, əks halda narazılıqlar yarana və layihənin effektivliyi azala bilər. Yəni məsələ təkcə piyada zonası yaratmaq deyil, onu dəstəkləyən kompleks və balanslı nəqliyyat siyasətinin qurulmasıdır ki, bu balans düzgün təmin olunarsa, nəticədə şəhər yaşamaq üçün daha əlverişli, təhlükəsiz və müasir bir məkana çevrilir".

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh