Paytaxtda təhlükə saçan canlı var?! - Əhaliyə xəbərdarlıq edildi - VİDEO

Son zamanlar paytaxt ərazisində tülkülərə daha çox rast gəlinir, hətta bəzi hallarda onların həyət evlərində məskunlaşdığı müşahidə olunur. Bu isə sakinlər arasında həm maraq, həm də narahatlıq doğurur. Bəs bu heyvanların şəhərin mərkəzinə doğru artmasının səbəbi nədir, onların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun elmi işçisi Elşad Əsgərov açıqlama verib.
Onun sözlərinə görə, Bakı şəhəri yarımsəhra landşaftında yerləşdiyindən bu mühit tülkülər üçün təbii yaşayış arealı hesab olunur:
“Bu heyvanlar əsasən şəhər ətrafında siçanabənzər gəmiricilər, quşlar və digər kiçik canlılarla qidalanaraq yaşayırlar. Lakin son illərdə şəhər daxilində artan məişət tullantıları onları mərkəz ərazilərə cəlb edir. Qida qalıqları tülkülər üçün asan əldə olunan mənbə olduğundan, onlar gündüzlər yarımçıq tikililərdə və boş zirzəmilərdə gizlənir, gecələr isə küçələrə çıxaraq qida axtarırlar”.
Mütəxəssis qeyd edir ki, tülkülərin sayının artması müəyyən risklər də yarada bilər:
“Xüsusilə quduzluq xəstəliyinin yayılması ehtimalı nəzərə alınmalıdır. Yoluxmuş fərdlər insanlara hücum edərək dişləmə yolu ilə təhlükəli nəticələrə səbəb ola bilər. Bundan əlavə, şəhər ətrafındakı kəndlərdə, xüsusən quşçuluq təsərrüfatlarında zərər halları müşahidə edilə bilər”.
E.Əsgərov vətəndaşlara tülkülərlə qarşılaşdıqda onları yemləməməyi və ev şəraitinə öyrəşdirməməyə çağırır:
“Bildirir ki, bu heyvanlar adətən insandan çəkinir və səs-küy vasitəsilə asanlıqla uzaqlaşdırıla bilər. Problemin əsas həll yolu isə tullantıların düzgün idarə olunmasından keçir. Zibil qablarının qapaqlı olması, məişət tullantılarının vaxtında daşınması tülkülərin şəhərə cəlb olunmasının qarşısını ala bilər. Həyət evlərində it saxlanılması da müəyyən dərəcədə bu heyvanları uzaq tutmağa kömək edir”.
Mütəxəssis vurğulayır ki, vəhşi heyvanlara qarşı aqressiv davranış yolverilməzdir. Problemli hallarla qarşılaşdıqda müvafiq qurumlara müraciət edilməli və məsələ peşəkar şəkildə həll olunmalıdır.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












