Pərdə həvəskarı olan sürücülərə şad xəbər

Mayın 1-dən pərdə həvəskarı olan sürücülər üçün yay sezonu başlayır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilib. Nəzərə almaq lazımdır ki, sürücünün sağındakı və solundakı şüşələrə (qabaq qapının şüşələrinə) jalüz çəkilməsindən söhbət gedə bilməz. Həm də nəzərə alın ki, 1 may-15 noyabr tarixinədək olan dövrdə arxa yan şüşələrə yalnız zavod istehsalı olan jalüzlərin (pərdələrin) çəkilməsinə yol verilir. Bu şüşələrin plyonka ilə tündləşdirilməsi nəzərdə tutulmur. avtosfer.az-ın verdiyi məlumata görə, ümumiyyətlə, avtomobilin alın şüşəsinə, qabaq və arxa yan şüşələrinə hər hansı plyonkanın çəkilməsi qadağandır. AZS 122-2004 standartının 3.2.4-cü bəndinə əsasən, sürücü üçün görünüşü təmin edən şüşələrin işıq buraxma qabiliyyəti bu hədlərdən aşağı olmamalıdır: küləyə qarşı şüşə (alın şüşəsi) üçün 75%; sürücünün sağındakı və solundakı şüşələr (qabaq qapının şüşələri) üçün 70%; digər yan şüşələr (minik avtomobillərinin arxa qapılarının şüşələri) üçün 60%. Arxa şüşənin işıq buraxma qabiliyyəti normalaşdırılmır.
Yol hərəkəti təhlükəsizliyi mülahizələrindən çıxış edərək sürücülərimizə icazə verilmiş olduqda da avtomobillərində hər hansı jalüz, pərdə və plyonkadan istifadə etməməyi tövsiyə edirik. Çünki yüksək intensiv hərəkətin olduğu müasir yol şəraitində yola 360 dərəcədə (yəni bütün istiqamətlərdə, hətta arxada) nəzarət etmək zəruridir. Yalnız belə nəzarət sizin həqiqi təhlükəsizliyinizi təmin edə bilər.
Əlavə olaraq xatırlatmaq istəyirik ki, pərdə və jalüzlərə yalnız yayda deyil, bütün il boyu icazə verilən inkişaf etmiş ölkələrdə tək-tük hallarda pərdəli, jalüzlü avtomobillər görmək olar. Çünki həmin ölkələrdə sadə insan münasibətləri də yüksək şəffaflığı ilə seçilir. Heç kəs özünü, ailəsini-uşağını pərdə arxasında gizlətmək barədə düşünmür.
Sonda bir daha vurğulamaq istəyirik ki, mayın 1-dən avtomobillərdə arxa yan şüşəyə yalnız zavod istehsalı olan jalüzlərin vurulmasına icazə veriri. Kustar üsulla hazırlanan pərdələrin, plyonkaların vurulması qadağandır və buna görə 150 manat cərimə nəzərdə tutulur.
avtosfer.az
Bakıda tıxac məsələsinin həlli yalnız bu yolla mümkündür - Deputat AÇIQLADI
Bakının bu ərazilərinə sürət qatarı işləyəcək
Rusiyada azərbaycanlılara qarşı etiraz aksiyası - "Şəhəri tərk edin!" - VİDEO
Farslar İsfahanda Qasım Süleymaninin heykəlini niyə yandırdı? - POLİTOLOQ
Bakıda bu ünvandakı bina söküləcək - 1340 AZN kompensasiya
Prezident onu nazir müavini təyin etdi - FOTO
30 yaşlı polkovnikə yüksək vəzifə verildi - GENERALDAN TƏYİNAT - FOTO
Paytaxtın bu küçələrində tıxac var - SİYAHI
Bakı metrosunda yeni gediş haqqı modeli: 30 qəpik… – Aydınlıq gətirildi
Xəzərin suyu çəkildi, elə şeylər üzə çıxdı ki…- VİDEO
Masazırlılar üçün tıxac dərdi bitir - ŞAD XƏBƏR - FOTO


















