Perunun tanınmış dövlət xadimi Azərbaycana öz dəstəyini ifadə edib

Peru Konqresinin ötən çağırış Xarici Əlaqələr daimi komissiyasının sədri və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü, ölkənin nüfuzlu siyasətçilərdən olan Xuan Karlos del Agila Azərbaycanın Perudakı səfiri Məmməd Talıbova məktub ünvanlayaraq Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə dəstəyini ifadə edib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Avtosfer.az-a verilən məlumata görə, məktubda Azərbaycanla həmrəy olduğunu qeyd edən X.K.Agila, Peru ictimaiyyətinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrinə, xüsusilə Gəncə şəhərinin dinc əhalisi və mülki infrastrukturuna qarşı apardığı məqsədyönlü və sistematik hücumları dərin narahatlıqla müşahidə etdiyini söyləyib və dinc sakinlərin həlak olmasından təəssüfləndiyini bildirib.
X.K.Agila 10 oktyabr tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Moskvada əldə olunmuş humanitar atəşkəs razılığına rəğmən Ermənistan ordusunun Azərbaycanla onun ərazisi daxilində hərbi qarşıdurmanı davam etdirdiyini qınayıb və Ermənistan tərəfinin beynəlxalq humanitar hüququn norma və prinsiplərini, eləcədə 1949-cu il Cenevrə Konvensiyasını açıq şəkildə pozduğunu qeyd edib.
Sonda X.K.Agila dünya ictimaiyyətini regionda sülh və sabitliyin beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində bərpası üçün tədbirlər görməyə çağırdığını bildirib.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












